Misli Premyer Liqasında XIV turun növbəti 2 oyunu bu gün keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb. Toyuqlu pizza
Günün ikinci görüşündə "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.
Telegram kanalımız