Prezident agentliyin səlahiyyətlərini artırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident agentliyin səlahiyyətlərini artırdı

İqtisadiyyat

17 May 2019 16:23 933


Prezident İlham Əliyev bir sıra qanunvericilik aktlarına dəyişiklikləri təsdiq edib. 

“Yeni Sabah” xəbər verir ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli Qanununun icrası ilə əlaqədar qərara alınıb: 

 “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin ikinci abzasında “təbabətində” sözü “xidmətində” sözü ilə və “Dövlət Baytarlıq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib. Dominos pizza

“Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Prezidentin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

2.1. 3.4-cü bənddə “və 8.1.11-ci maddələrində” sözləri “maddəsində” sözü ilə və “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənddə “və 8.1.11-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.3.5-ci yarımbəndində “baytarlıq tədbirlərinin” sözləri “baytarlıq xidməti və nəzarəti tədbirlərinin” sözləri ilə, “Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətinə” sözləri “Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilib.

“Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 20-ci hissəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!