Prezident Anlaşma Memorandumunu təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Anlaşma Memorandumunu təsdiqlədi

Rəsmi

24 Noyabr 2025 17:33 1294


Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Memorandum 2025-ci il oktyabrın 3-də Ankarada iki ölkənin hökumətləri arasında imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Pepperoni pizza

Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!