Prezident: “Azərbaycan İtaliyanın Qafqazda ən əsas ticarət tərəfdaşıdır“

saytların hazırlanması

Evə çatdırılma

Prezident: “Azərbaycan İtaliyanın Qafqazda ən əsas ticarət tərəfdaşıdır“

Siyasət

26 Oktyabr 2022 17:11 820


"İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır".

Yenisabah.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir", - deyə məktubda vurğulanıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!