Prezident başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident başsağlığı verdi

Siyasət

15 Mart 2019 21:15 947


Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri xanım Casinda Ardernə başsağlığı verib. 

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Baş nazir, Marqarita pizza

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!