Prezident borclarla bağlı qanunlara dəyikilik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident borclarla bağlı qanunlara dəyikilik etdi

İqtisadiyyat

06 May 2019 16:56 1678


Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 654 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilib.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.31-ci bəndinə “dövlətin daxili və xarici borclarının” sözlərindən sonra “, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin” sözləri əlavə edilib. Marqarita pizza

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

2.0.15-ci, 2.0.27-ci yarımbəndlərdə, həmin Qaydaya 6 nömrəli əlavənin cədvəlində, 15 və 27 nömrəli əlavələrin adlarında “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

Həmin Qaydaya 22 nömrəli əlavənin 1.2-ci və 3.8-ci bəndlərində “Dövlət zəmanəti ilə alınmış borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın 3-cü hissəsində və 7.3-cü bəndində (hər iki halda) “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!