Prezident bu şəxsi ordenlə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu şəxsi ordenlə təltif etdi

Siyasət

30 Dekabr 2025 16:17 765


Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2026-ci il yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olur.  pizza sifarişi

Xatırladaq ki, H.Zeynalov 1951-ci il yanvarın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub.

Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda alıb və əmək fəaliyyətinə Bakıda başlayıb.

O, uzun illər Bakı şəhər İcraiyyə Komitəsinin müxtəlif strukturlarında mühəndis və rəhbər vəzifələrdə çalışıb. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırış deputatı seçilən Həsən Zeynalov, daha sonra Naxçıvanın Bakıdakı daimi nümayəndəsi olub. Diplomat kimi fəaliyyəti dövründə Türkiyənin Qars və İstanbul şəhərlərində Azərbaycan Respublikasının baş konsulu vəzifələrini icra edib. 2015–2023-cü illərdə Türkmənistanda, 2016–2021-ci illərdə isə eyni zamanda Əfqanıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb. 2019-cu ildə dövlətə xidmətlərinə görə Həsən Zeynalov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!