Saleh Məmmədovun agentliyinə 13,5 milyon manat ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Saleh Məmmədovun agentliyinə 13,5 milyon manat ayırdı

Avto

27 İyun 2019 14:11 1533


Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah" xəbər verir ki, sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!