Prezident cərimələri təsdiq etdi – 10 min manatadək cərimə

saytların hazırlanması

Evə çatdırılma

Prezident cərimələri təsdiq etdi – 10 min manatadək cərimə

Sosial

17 Aprel 2019 22:21 4109


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, Məcəllədə aşağıdakı dəyişikliklər edilib:

- 43.1-ci maddəyə “363,” rəqəmlərindən sonra “363-1, 363-2,” rəqəmləri əlavə edilib. pizza

- 360-cı maddənin dispozisiyasında “Abonentə” sözü “Abunəçiyə” sözü ilə əvəz edilib.

- Aşağıdakı məzmunda 363-1-ci və 363-2-ci maddələr əlavə edilib:

“Maddə 363-1. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili

363-1.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

363-1.2. Bu Məcəllənin 363-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər üç min beş yüz manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 363-1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 363-1 və 363-2-ci maddələrində “müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Maddə 363-2. Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün tədbirlərin görülməməsi

Telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!