Prezident daha bir fərmana dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident daha bir fərmana dəyişiklik etdi

Dünya

19 Fevral 2019 19:48 1328


Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

“2. Müəyyən edilsin ki: pizza

2.1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir;

2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!