Prezident Əliyev Bosniya və Herseqovina rəhbərini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev Bosniya və Herseqovina rəhbərini təbrik etdi

Siyasət

25 Noyabr 2023 11:24 636


Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubun mətnində deyilir:

"Hörmətli cənab Sədr, Dördpendirli pizza

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!