Prezident Əliyev İsrailin müdafiə nazirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev İsrailin müdafiə nazirini qəbul etdi

Siyasət

13 İyul 2023 11:40 571


İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin müdafiə naziri Yoav Qallantı qəbul edib.

Yenisabah.az xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib. Sezar pizza

Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı.

İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.

Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!