“Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir“ - Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir“ - Əliyev

Siyasət

22 Fevral 2022 16:19 4997


Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev arasındakı danışıqlar başlayıb.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, Vladimir Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib.

O, Qarabağdakı sülhməramlı missiyaya toxunaraq deyib: pizza sifarişi

“Qarabağda bəzi mübahisələr var. Amma biz hər şeyi edəcəyik ki, proses sülh yolu ilə getsin, ticarət-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı artıq müəyyən razılaşmalar əldə olunub”.

Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda Rusiya Federasiyasının guya Rusiya imperiyasının sərhədləri daxilində özünü bərpa etmək niyyətində olması ilə bağlı fərziyələri təkzib edib:

"Əlbəttə, səfər fürsətindən istifadə edib, Ukrayna istiqamətində bizimlə baş verənlər barədə sizə məlumat verəcəyəm. Bilirsiniz ki, dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq qərarına gəlib. Dərhal demək istəyirəm: bu mövzuda Rusiyanın imperiyanı eyni imperiya sərhədləri daxilində bərpa edəcəyinə dair spekulyasiyaları qabaqcadan görürük. Bu, qətiyyən doğru deyil”.

Öz növbəsində, Prezident Əliyev isə bildirib ki, Rusiya ilə Azərbaycan arasında imzalanacaq müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə kifayət qədər geniş sənəddir. Bəyannamə 40-a yaxın bəndi və müxtəlif sahələri əhatə edir.

Dövlət başçısı onu da vurğulayıb ki, sənədin çox müsbət dəyəri olacaq.

Prezident Əliyev qeyd edib: "Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında aparıcı rol oynayır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!