Prezident Əliyev Türkiyə dövlət başçısına başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev Türkiyə dövlət başçısına başsağlığı verdi

Siyasət

15 Oktyabr 2022 10:13 792


Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. pizza mizza

Allah rəhmət eləsin!"

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!