Prezident gürcü nazirlə görüşdə əlaqələrin genişlənməsini vurğuladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident gürcü nazirlə görüşdə əlaqələrin genişlənməsini vurğuladı

Siyasət

26 Oktyabr 2022 15:31 699


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirdi, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğuladı, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini dedi.

Prezident İlham Əliyev qeyd edib ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir. Dövlətbaşçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirib. Sezar pizza

Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd edib və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını deyib. Qonaq ölkələrimizin təhsil və elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!