Prezident həmsədrləri qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident həmsədrləri qəbul etdi

Siyasət

21 Fevral 2019 16:05 880


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, grüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!