Prezident İlham Əliyev Davosda Finlandiya prezidenti ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Davosda Finlandiya prezidenti ilə görüşdü - Fotolar

Siyasət

20 Yanvar 2026 14:26 529


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, "Nordic-Baltic Eight" qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib. Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!