Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi

Siyasət

09 Avqust 2022 12:39 935


Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

Yenisabah.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar. Marqarita pizza

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!