Prezident iranlı vəzifədaşına başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident iranlı vəzifədaşına başsağlığı verdi

Siyasət

30 May 2022 14:32 781


Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu ünvanlayıb.

yenisabah.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Sezar pizza

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!