Prezident maaş və pensiyalarla bağlı tapşırıq verib

saytların hazırlanması

Evə çatdırılma

Prezident maaş və pensiyalarla bağlı tapşırıq verib

İqtisadiyyat

30 May 2019 07:51 2224


Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb. Dördpendirli pizza

Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

Xezerxeber-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!