Prezident Məzahir Pənahovla bağlı fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Məzahir Pənahovla bağlı fərman imzaladı

Siyasət

05 Noyabr 2022 17:40 4704


Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib. Belə ki, Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu MSK adından qurumun sədri tərtib edə biləcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!