Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.
"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib. pizza
Anar İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. "Tərəqqi"» medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.
1978–1982-ci illərdə Masallı rayonunda orta məktəblərdə müəllim, direktor müavini işləyib, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda kabinet müdiri olub, 1984–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının baş laborantı, müəllimi, baş müəllimi, dosenti vəzifələrində çalışıb.
1999-cu ildən Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür.
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Gürcüstan, İraq, Özbəkistan, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Nazim Hacıyev
Telegram kanalımız