Prezident mühüm Fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident mühüm Fərman imzaladı

Siyasət

19 Mart 2026 17:56 2435


"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol" təsdiq edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Toyuqlu pizza

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

Qeyd edək ki, sözügedən Protokol 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!