Prezident Müslüm Maqomayevlə bağlı sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Müslüm Maqomayevlə bağlı sərəncam imzaladı

Mədəniyyət

12 Mart 2020 15:40 576


Prezident İlham Əliyev "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Sənədə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!