Prezident onları yüksək vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident onları yüksək vəzifəyə təyin etdi

Siyasət

17 Dekabr 2022 17:25 8352


Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinə yeni müavinlərin təyin olunması barədə sərəncamlar imzalayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, sərəncamlara əsasən, Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov Dövlət Xidmətinin rəis müavinləri təyin ediliblər.

Qeyd edək ki, Elnur Bağırov Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb, “Coca-Cola”, “İmperial Tobacco” kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. pizza hut

İxtisasca hüquqşünas olan Cəfər Babayev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq, “Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində Beynəlxalq iqtisadi hüquq, həmçinin İspaniyanın “İE Biznes” Məktəbində MBA üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə “Baker & Mckenzie - Cis Ltd” şirkətində hüquqşünas olaraq başlayıb. Cəfər Babayev bir sıra təşkilat və özəl şirkətlərdə hüquq, biznesə dəstək, korporativ idarəetmə üzrə müxtəlif vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

İlqar Həsənov təhsilini Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb, York Universitetinin “Schulich” Biznes Məktəbinin məzunudur. Müxtəlif özəl şirkətlərdə iqtisadçı, direktor, eləcə də müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!