Prezident Ordu rəhbərliyi ilə operativ müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Ordu rəhbərliyi ilə operativ müşavirə keçirdi

Siyasət

13 Sentyabr 2022 15:20 2478


Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

“Yeni Sabah” xəbər verir ki, müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!