Prezident Özbəkistanla dörd sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Özbəkistanla dörd sazişi təsdiqlədi

Siyasət

10 Oktyabr 2022 18:04 760


Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında imzalanmış dörd saziş təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev müvafiq Qanunları imzalayıb. Qərara əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş , “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!