Ekvador prezidenti Daniel Noboa, Moskvanın etirazına baxmayaraq, ölkəsinin ABŞ-a Rusiya hərbi texnikasını verəcəyini bildirib.
Yenisabah.az xəbər verir ki, o, Ekvadorun istənilən halda razılaşmanı davam etdirəcəyini vurğulayıb:
"Biz sübut etdik ki, bu, metal qırıntılarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq, hərbi texnika verilə bilməz, lakin analoji metal qırıntıları verilə bilər". pizza
Ehtimal olunur ki, Ekvador Rusiya və Ukrayna istehsalı olan hərbi texnikanı ABŞ-a verəcək və bunun müqabilində 200 milyon dollar dəyərində yeni texnika alacaq.
Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti bunun ikitərəfli əməkdaşlıqda mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib. Rusiya səfiri Vladimir Sprinçan deyib ki, Moskva hərbi texnikanın Vaşinqtona təhvil verilməsini qeyri-dost addım kimi qiymətləndirəcək.
Telegram kanalımız