Prezident Serbiya ilə sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Serbiya ilə sazişi təsdiqlədi

Siyasət

29 Dekabr 2021 18:40 673


Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. pizza

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!