Prezident Şirinov qardaşlarını təltif etdi

Prezident Şirinov qardaşlarını təltif etdi

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 18:11 968


Azərbaycan prezidenti İlham Əliyev Sabir Şirinovun və Ümid Şirinovun "İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Yeni Sabah" sərəncamın mətnini təqdim edir:

"Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif edilsinlər”.

Qeyd edək ki, Ukraynada yaşayan Sabir və Ümid Şirinov qardaşları Nikolayev şəhəri ətrafında 3 nəfəri ölümdən xilas ediblər.

Onlar bu qəhrəmanlıqlarına görə, indiyə kimi müxtəlif medallarla təltif olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!