Prezident və ailə üzvləri Qəbələ rayonuna səfər edib

saytların hazırlanması

Evə çatdırılma

Prezident və ailə üzvləri Qəbələ rayonuna səfər edib

Siyasət

15 May 2021 12:11 1776


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Dördpendirli pizza

İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər. Dövlət başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.

Daha sonra dövlət başçısı və ailə üzvlər Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!