Prezident və birinci xanım bu işə nəzarət edir

saytların hazırlanması

Evə çatdırılma

Prezident və birinci xanım bu işə nəzarət edir

İqtisadiyyat

09 Mart 2019 23:09 1522


Ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı yarmarkaları təşkil olunub. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur.

“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev paytaxtın 3-cü mikrorayonu ərazisində təşkil olunmuş yarmarkada deyib. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, yarmarkaların təşkil edilməsində məqsəd vətəndaşların ucuz və keyfiyyətli məhsullarla təmin olunmasıdır.

Zeynal Nağdəliyev bildirib ki, keçən həftənin şənbə və bazar günlərində təşkil olunan yarmarkalar ilə müqayisədə məhsulların həm keyfiyyəti, həm də çeşidi baxımından xeyli irəliləyiş var. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur. Yarmarkalarda alıcılara 42 rayondan gətirilən 53 adda məhsul təqdim edilir. Novruz yarmarkalarında məhsulun çeşidi daha da artırılmalı və keyfiyyəti diqqətdə saxlanılmalıdır. Təşkil edilən bu yarmarkalar əhalinin bayram əhval-ruhiyyəsinə müsbət təsirini göstərəcək. Bu, dövlətimizin başçısının xalqımızın rifahı üçün atdığı növbəti addımdır. pizza sifarişi

Prezidentin köməkçisi deyib ki, bu məsələlərə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən çox ciddi nəzarət olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!