Prezident “Yol hərəkəti haqqında”qanuna dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident “Yol hərəkəti haqqında”qanuna dəyişiklik etdi

Avto

10 İyun 2019 14:58 4079


Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddənin VI-I hissəsinin birinci cümləsinə “hüquqi şəxslər” sözlərindən sonra “(dövlət qurumları)” sözləri əlavə edilib. Qanunun 53-cü maddəsinin XIX hissəsinin ikinci cümləsində “xəta haqqında elektron protokol tərtib olunur” sözləri “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunub.

“Notariat haqqında” qanunun 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsinə “hüquqi şəxslərin” sözlərindən sonra “(dövlət qurumlarının)” sözləri əlavə edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!