Prezidentdən Əlibaba Məmmədova 90 yaş hədiyyəsi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Əlibaba Məmmədova 90 yaş hədiyyəsi

Mədəniyyət

04 Fevral 2020 14:15 1302


Prezident İlham Əliyev Əlibaba Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. O, musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. Marqarita pizza

Qeyd edək ki, sabah Əlibaba Məmmədovun 90 yaşı tamam olacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!