Prezidentdən Naxçıvanla bağlı   vacib SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Naxçıvanla bağlı vacib SƏRƏNCAM

Rəsmi

29 İyul 2025 15:14 818


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncamla tədbirlər planında "Əsas icraçı orqan (qurum)" sütununa "(qurum)" sözündən sonra "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri əlavə ediləcək.

Həmçinin gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılmasını Dövlət Gömrük Komitəsi (DGK) ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Azərbaycan Dəmir Yolları icra edəcək. pizza sifarişi

Müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanmasında digər icraçı qismində Elm və Təhsil Nazirliyi də iştirak edəcək.

Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində əsas icraçı orqan (qurum) Naxçıvan Nazirlər Kabineti ilə yanaşı AAYDA olacaq.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!