Azərbaycan Prezidenti İlham Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş hadisə ətrafında vəziyyəti nəzarət altında saxlayır.
“Yeni Sabah” xəbər verir ki, bunu Virtualaz.org-un əməkdaşı ilə söhbətində Azərbaycanın Rusiyadakı fövləqadə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
Səfir qeyd edib ki, dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar zəruri bütün göstərişləri verib. O cümlədən Azərbaycanın Moskvadakı səfirliyinə də tapşırıqlar verilib. Azərbaycan səfirliyi bu məsələ ilə sıx məşğuldur, münaqişənin həllinə cəlb edilmiş azərbaycanlılarla görüşlər keçirilib. pizza hut
Telegram kanalımız