Prezidentdən SOCAR-a tapşırıq

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən SOCAR-a tapşırıq

İqtisadiyyat

30 Yanvar 2019 18:58 1035


SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı qeyd edib: “Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub. Əminəm ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası bizə əlavə böyük gəlir gətirəcək”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!