Prezidentdən Zəngəzur dəhlizi haqda önəmli açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Zəngəzur dəhlizi haqda önəmli açıqlama 

Siyasət

02 İyun 2022 08:42 1845


Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu dəhliz yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Hər bir məsələdə şaxələndirmənin vacib olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”. Sezar pizza

Prezident qeyd edib ki, bundan əlavə, Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. “Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Nəhayət ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!