Kolumbiyanın İbaqe şəhərinin məhkəməsi ölkə prezidenti İvan Duke Markesin məhkəmə qərarını yerinə yetirmədiyinə görə 5 sutkalıq ev dustaqlığı barədə qərar çıxarıb.
Yenisabah.az "El Tiempo"ya istinadla xəbər verir ki, məhkəmənin qərarı ölkə hakimiyyətinin Nevados Milli Parkının mühafizəsi planını hazırlayıb həyata keçirməli olduğu fərmana əməl edilməməsi ilə bağlıdır.
Prezidentə və digər idarə orqanlarına bir sıra tədbirlərin görülməsi tapşırılıb, lakin prezidentin dediyi kimi, icra olunmayıb. Dominos pizza
Məhkəmə Dukeyə də cərimə ödəməyə məcbur edib.
Prezidentin özü qərarı “qeyri-konstitusion” və “açıq yayınma” adlandırıb.
Telegram kanalımız