Son üç ilin qürurverici hadisələrindən biri dövlət başçısı İlham Əliyevin tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməsidir.
Nəhəng bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verərək sentyabr ayında bu rayona səfər edib Azərbaycan Bayrağını mərkəzdə ucaltdıqdan sonra start verdiyi bərpa-quruculuq işlərinin genişliyi laçınlıların qısa müddətdə, 8 ayda doğma yurd-yuvalarına qayıdışına gətirib çıxardı. Bu ilin hədəfləri açıqlanarkən laçınlıların ilin sonunda Laçın şəhərinə qayıdacaqları bildirilmişdi.
Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, Zallar, Yanşaq kəndlərinin təməlini qoydu. Hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Pepperoni pizza
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 30 il davam edən işğal dövrünün reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi qeyd edilir. Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistanla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsinə baxmayaraq, biz 30 ildə yaşadığımız faciələri unutmur, erməni vandalizminin iç üzünü daim beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəal çalışırıq.
Vüqar Rəhimzadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin, həmçinin hər bir çıxışının Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olduğunu da xüsusi qeyd edib. Bildirib ki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın bu istiqamətdə konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur. Bütün planlar ardıcıllıqla həyata keçirilir. Dövlət başçısı bir daha bu əminliyi ifadə etdi ki, planlarımızın son addımlığındayıq, o addım da atılacaq.
Telegram kanalımız