Prezidentin bu çıxışından sonra məmurlar sosial mediaya axışacaq: Hətta TikTok, İnstagram da...

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin bu çıxışından sonra məmurlar sosial mediaya axışacaq: Hətta TikTok, İnstagram da...

Siyasət

23 İyul 2023 13:08 2834


Ötən gün Şuşa Qlobal Media Forumunda Prezidentə verilən sual: Sosial şəbəkələrdən istifadə baxımından Siz sosial medianın rolunu necə görürsünüz və Siz ondan istifadə edirsinizmi?

Prezident İlham Əliyevin bu suala verdiyi cavabdan bəzi hissələr:

Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Toyuqlu pizza

Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim.

Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. 

Ona görə də mən gələcək fəaliyyətimdə də əlbəttə ki, mediadan istifadə edəcəyəm.

Düşünürəm ki, Prezidentin bu açıqlamasından sonra Azərbaycanın sosial media və ənənəvi media sektorunda, bütövlükdə cəmiyyətdə ciddi keyfiyyət dəyişiklikləri baş verəcək :

1. Cəmiyyətimizdə sosial medianın ictimai əhəmiyyəti, ictimai platforma olaraq rolu xeyli yüksələcək. 

İctimai rəyin formalaşmasında, ictimai nəzarətin gerçəkləşməsində, ictimai müzakirələrin təşkilində Facebook -un rolu xeyli artacaq.

Ayrı-ayrı vətəndaşlar tərəfindən, sosial media istifadəçiləri tərəfindən İctimai-faydalı resursların, ictimai əhəmiyyət kəsb edən kontentin yaradılmasına daha çox əhəmiyyət veriləcək.

Hətta gözləmək olar ki, TikTok, İnstagram, Twitter kimi resursların da ictimai-faydalı çəkisi xeyli yüksəlsin

2. Məmurların və dövlət qurumlarının ənənəvi mediaya və sosial mediaya diqqəti və inteqrasiyası artacaq. 

Media sektorunda PR işləri və real vaxtda aparılan media monitorinq işləri güclənəcək.

Bu sahədə peşəkarlara daha çox üstünlük veriləcək və bu sahəyə, ictimai-faydalı kontentin istehsalına daha çox resurslar ayrılacaq.

3. Gözləmək olar ki, bundan sonra vətəndaşlarla mərkəzi icra orqanları rəhbərlərinin, artıq çoxdan öz əhəmiyyətini itirmiş, xeyli səmərəsiz olan oflayn, ənənəvi görüşləri ləğv edilsin və bu görüşlər sosial media üzərindən reallaşsın.

Osman Gündüz


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!