“Prezidentin çıxışında 4 yaşlı uşağa da mesaj vardı”   - Seyran Səxavət

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentin çıxışında 4 yaşlı uşağa da mesaj vardı” - Seyran Səxavət

Maraqlı

05 Oktyabr 2020 16:00 1025


Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti müxtəlif kontekstlərdən təhlil olunur. Ölkə başçısının konkret mövqeyi, səmimi jestləri cəmiyyətdə xoş ovqat yaradıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət Prezidentin çıxışını çox bəyəndiyini, çıxışda siyasi və diplomatik ritorikanın yüksək səviyyədə olduğunu vurğulayıb:

“Çox möhtəşəm çıxış idi. Bütün Azərbaycan mətbuatı, KİV bilir ki, mən prezidentşünas, nazirşünas olmamışam, mən sözşünasam, ədəbiyyat adamıyam. Amma vicdan var, başqa vaxt həqiqətdən, əxlaqdan danışırıq. Ona görə də indi düzü deməliyik. Çox mükəmməl çıxış idi. Biz böyük diqqətlə qulaq asdıq. Hərə məsələyə bir tərəfdən yanaşır və öz ağlına uyğun qiymət verir. Mənim bu çıxışda ən çox xoşuma gələn o idi ki, çıxış hamı üçün idi. Orada hətta 4 yaşında uşaqlar üçün də cümlə var idi. Qarabağ bizimdir! Bax bunu bizim körpə uşaqlarımız da deyir. Orada siyasi səviyyə, diplomatik səviyyə, səmimiyyətlə sərtliyin birləşməsi, adamları inandıra bilmək nəfəsi və həvəsi var idi. Maşallah, Allah saxlamış məndən də xeyli cavandır, heç bir dəftərə, kağıza baxmadan danışdı, nitqi o qədər səlist idi. Bu gün zarafatla Yazıçılar Birliyində deyirəm ki, gördünüz, necə heç bir kağıza baxmadan danışdı. “İlham Əliyev özümə oxşayıb”,-dedim. Ölkədə “blatnoy” düşünənlər var, axı hamı elə düşünmür, xalqın içində hər cür adam var. Prezident bütün hər kəsi nəzərdə tutmuşdu. Bəlkə də nəzərdə tutulmadan onda belə alındı, amma yenə də çox gözəl idi. O çıxış böyük səs-küy yaratdı”. pizza hut

Yazıçı vurğulayıb ki, çıxış insanların özünə inamını qaytardı:

“Müxalif partiyaların hamısı olmasa da, əksəriyyəti həmrəylik göstərdi. Onlar həmrəy olmasalar, xalqın elə möhtəşəm qınağına tuş gələrlər ki, heç vaxt özlərinə gələ bilməzlər. Bu, Qarabağdır! Tək mən yox, hər kəs öz səviyyəsində, məntiqində, mövqeyində Prezidentin xalqa müraciətini çox ürəkdən bəyəniblər ki, bunun da ömrü uzun olacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!