Prezidentin islahatları video şəklində təqdim olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin islahatları video şəklində təqdim olunacaq

İqtisadiyyat

25 Fevral 2019 19:37 966


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “Video icmal” təqdim edəcək

“Yeni Sabah” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yeni layihəyə start verir. Bu gündən İİTKM “Video icmal”ın təqdimatına başlayır. “Video icmalın” təqdimatında məqsəd ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan  islahatların daha vizual, daha anlaşıqlı təqdim olunması məqsədi daşıyır. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi mütəmadi olaraq islahat proseslərinin məzmununu infoqrafik, vizual video təqdimatlar vasitəsi ilə izahlı şərh edir. Bu təqdimatlar Azərbaycanın telekanallarında, sosial şəbəkələrdə və digər onlayn resurslarda  yayımlanır və islahatlara dair aparılan maarifləndimə işlərinə dəstək olur.  pizza hut

“Video icmal” ın ilki prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na əsasən hazırlanan elektron müraciət sisteminə həsr edilib. Videoda sistemə girişdən başlayaraq, müraciətin hazırlanması, sənədlərin siyahısı və icra müddəti barədə ətraflı məlumatlar təqdim edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!