Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşdü

Siyasət

18 Fevral 2022 18:51 809


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloqerlər və səyyahlarla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Üç günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloqerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!