Prezidentin köməkçisindən regional əməkdaşlıqla bağlı mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisindən regional əməkdaşlıqla bağlı mühüm açıqlama

Siyasət

04 Noyabr 2021 15:10 715


"Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, bu format regionda bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir: Dominos pizza

“Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!