Prezidentin nazir müavini təyin etdiyi Umayra Tağıyeva ilə bağlı   MARAQLI MƏLUMATLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin nazir müavini təyin etdiyi Umayra Tağıyeva ilə bağlı MARAQLI MƏLUMATLAR

Siyasət

04 Mart 2023 18:32 6210


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla  nazir müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə nazir müavini təyin olunub.

Yenisabah.az xəbər verir ki, Umayra Tağıyeva 3 aprel 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

O, 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik, mühəndis, 1993-2001-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb. pizza

2001-2015-ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.

3 aprel 2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin rəisi olub.

U.Tağıyeva 22 may 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Ailəlidir, 1 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!