Prezidentin nümayəndəsi: “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir“

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin nümayəndəsi: “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir“

Siyasət

26 May 2023 11:49 689


"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq. Toyuqlu pizza

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: "Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə, Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!