Prezidentin Qazaxdan maraqlı – Fotoları

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin Qazaxdan maraqlı – Fotoları

Siyasət

07 Avqust 2023 13:30 2031


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Eyni zamanda Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, “Venzana” mebel fabrikinin açılışında iştirak edib. pizza

Prezident həmçinin “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!