“Prezidentin qərarı “qiymət təlatümləri“nin qarşısını ala bilər“

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentin qərarı “qiymət təlatümləri“nin qarşısını ala bilər“

İqtisadiyyat

11 Aprel 2019 19:53 1415


“Bu qərar ötən ilin dekabrında ölkə prezidenti tərəfindən "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsasında yaradılmış “Aqrar Tədarük və təchizat” ASC-nin institusional baxımdan fəaliyyətinin təmin olunmasına yönəlib. Çünki, fərmanla  yeni yaradılan ASC  özündən əvvəlki təşkilatın hüquqi varisi kimi tanınmışdı, bəzi normativ, hüquqi qaydaların təsis olunmasına ehtiyac vardı”. 

Bu sözləri “Yeni Sabah”a kənd təsərrüfatı eksperti Nicat Nəsirli ərzaq təhlükəsizliyini təmin edəcək bir sıra qanunlara dəyişikliklə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ölkə başçısının dekabrın 14-də imzaladığı sərəncamla kənd təsərrüfatı məhsullarının dövlət büdcəsi hesabına satınalınması qaydaları yeni dövrün tələblərinə uyğunlaşdırılaraq bu sahədə təkmilləşdirmənin həyata keçirilməsi məqsədi ilə ərzaq məhsullarının tədarükü sisteminin həcmi daha da genişləndirildi, aqrar tədarük miqyasını alıb:

“Bu addım imkan verəcək ki, tədarük sistemi yalnız ölkədə istehsal olunmuş ərzaq məhsullarının deyil, eyni zamanda qeyri-ərzaq məhsullarının da tədarükü təmin edilsin. Bu sistemin şəffaflığının təmin olunması üçün yeni yaranmış Aqrar Tədarük ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Hələlik yeni aqrar tədarük təşkilatı tam formalaşdırılaraq fəaliyətə başlamayıb, öz iqtisadi strategiyasını açıqlamayıb, ona görə bu fəaliyyətin hansı paramentlər üzərində qurulacağını demək tezdir. Lakin bilirik ki, özündən əvvəlki ASC iki il ərzində büdcə hesabına ərzaq satınalan  2 min dövlət qurumunun ehtiyacını təmin etmək üçün yerli istehsalçılardan 173 adda məhsul tədarük edirdi və bunun ümumi həcmi 151 milyon manat idi. Tədarük prosesinin dövriliyini təmin etmək üçün “tedaruk.az” portalı yaradılmışdı, bu virtual bir bazar idi. Hər bir istehsalçı portala girərək öz məhsullarını satınalan dövlət təşkilatlarına təklif edə bilərdi. Sözügedən portal öz fəaliyyətini yeni də davam etdirəcək. Portaldakı məhsulların qiymətləri dövlət tərəfindən tənzimlənərək İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən müəyyən olunur”.  Toyuqlu pizza

Ekspert yeni tədarük strategiyası üçün lazım olan aspektlər haqda da danışıb: 

“Yeni tədarük strategiyası ölkə üzrə istehsalın planlaşdırılmasında birgə iştirak, texnologiyaya əsaslanan saxlama imkanlarının yaradılması, şaxələndirilmiş ixrac kanalları, tədarük-emal zəncirinin qurulması, fermerlərin bazara çıxış mexanizmləri aspektindən maarifləndirilməsi, məhsul dövriyyəsinin elektronlaşdırılması kimi strateji aspektlər üzərində qurulmalıdır. 

Ümumilikdə, aqrar tədarük mexanizmi ölkədə mövsümi olaraq baş verən “qiymət təlatümləri”nin qarşısının alınması üçün əlverişli bazar intervensiya aləti ola bilər”.       

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 10-da “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərmanının icrasının təmin olunması məqsədi ilə ərzaq təhlükəsizliyini təmin edəcək bir sıra qanunlara dəyişiklik edib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!