Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda: İlk iş günü

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda: İlk iş günü

Siyasət

23 Dekabr 2022 11:13 5860


Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli artıq iş başındadır.

Bu barədə Musavat.com-a Naxçıcandakı mənbələr məlumat verib.

Həmçinin Prezident Adminiatrasiyasının rəhbər şəxsləri də Naxçıvandadır. Hazırda Naxçıvan Ali Məclisində geniş tərkibdə iclas keçirilir. Dominos pizza

Xatırladaq ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində,  "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!